Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
GünAzTv: Dövlət katibinin köməkçisi münaqişə tərəfləri ilə danışıqlar üçün öz təmsilçisini bölgəyə yollayıb; Tina Kaydenau Bakıdan sonra İrəvana gedəcək.
GünAzTv mətbuat mərkəzinin “yenu musavat”-a istinadən yaydığı məlumata görə, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının dalana dirənməsi və paralel olaraq cəbhə xəttində toqquşmaların şiddətlənməsi ABŞ-ı (Amerika Birləşmiş Ştatları) da ciddi narahat edib. Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Tina Kaydenau bu narahatlıqlarla bağlı təcili regiona ezam edilib. Xəbər verildiyi kimi, amerikalı diplomat Bakıya sentyabrın 7-də axşam gəlib. Dünən o, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək Qarabağa dair müzakirələr aparıb. ABŞ-ın Bakıdakı səfirliyindən bildirildiyinə görə, diplomatın gün ərzində mətbuat üçün açıqlaması nəzərdə tutulmurdu. Lakin gözlənilirdi ki, təmasların yekununda Kaydenau açıqlamalarla çıxış edəcək.
Ermənistandakı ABŞ səfirliyindən isə Kaydenaunun həftənin sonunda İrəvanda olacağını açıqlayıblar. Onun prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyanla görüşləri nəzərdə tutulur. Məlumatda deyilirdi ki, səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətin müzakirəsidir. Bakıdakı diplomatik çevrələrdən məlum olub ki, Kaydenaunun Azərbaycan və Ermənistana ezam edilməsi cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərdir. Bildirilir ki, Dövlət Departamenti diplomatik kanallarla müntəzəm olaraq cəbhə xəttindəki vəziyyətlə bağlı hesabatlar alır. Belə hesabatlar həm ABŞ-ın İrəvandakı və Bakıdakı səfirlikləri, həm digər mənbələrdən əldə edilir. Eyni zamanda Amerika kəşfiyyatının bölgədəki rezidenturası da cəbhə xəttində vəziyyəti yaxından izləyir və Vaşinqtona hesabatlar göndərir. Bu cür hesabatlarda göstərilənlər heç də ictimaiyyətə KİV-lər vasitəsilə bəlli olan faktlarla üst-üstə düşməyə bilər. Şübhə yoxdur ki, ABŞ qurumları Qarabağ bölgəsində baş verənlər barədə daha müfəssəl məlumatlara malikdir və Vaşinqtonda narahatlığın kifayət qədər ciddi olması da bundan irəli gəlir. Yəni söhbət atəşkəs rejiminin epizodik olaraq bu və ya digər tərəfdən pozulmasından daha çox bölgədə yeni müharibənin yetişməsindən gedə bilər. Belə bir vaxtda dövlət katibinin köməkçisinin missiyası tərəfləri yeni müharibənin yolverilməzliyi barədə xəbərdar etməkdir. ABŞ hazırda Cənubi Qafqazda mövqelərini böyük ölçüdə əldən vermiş durumdadır. Rusiya regionda jandarm funksiyasını həyata keçirir və öz şərtlərini diktə edir. Vaşinqtonun Qafqaz siyasətinin əsas prioriteti olan Ermənistan-Türkiyə yaxınlaşması prosesi uğursuzluğa düçar olub. Rusiya bu prosesə də nəzarət edir və Ermənistanın Qərblə mümkün yaxınlaşması barədə nəzəriyyələri alt-üst edən addımlar atır. Belə görünür ki, ABŞ bölgədə mövqelərini əldən verməsi ilə barışıb və Rusiyaya xüsusi müqavimət göstərmək fikrində deyil. ABŞ Dövlət Departamenti Rusiyanın Ermənistandakı hərbi bazasının dislokasiya müddətini uzatmasına könülsüz reaksiya verdi və bunu “iki ölkənin daxili işi” adlandırmaqla kifayətləndi. Buna baxmayaraq, söhbət Qarabağda yeni müharibənin başlaması təhlükəsindən gedəndə ABŞ-ın tələsik hərəkətə keçməsi gözlənilən idi. Çünki söhbət ABŞ-ın regiondakı həyati əhəmiyyətli maraqlarına təhlükə yaradacaq hadisədən gedir. Birləşmiş Ştatlar Azərbaycandakı enerji maraqlarını və İranla həmsərhəd həssas bölgədə vəziyyətin nəzarət altından çıxmaq təhlükəsini nəzərə alaraq müharibəni əngəlləmək üçün bütün rıçaqlarını işə salmağa hazırdır. Bundan əvvəl də cəbhə xəttində vəziyyət gərginləşəndə və danışıqlar prosesində uğursuzluqlar yaşananda Vaşinqton müharibəni əngəlləmək üçün tərəflərə təzyiq edib. Belə təzyiqlər daha çox Azərbaycana edilir. Hətta diplomatik kanallarla Bakının nəzərinə çatdırılır ki, müharibə Azərbaycana hansı təhlükələr vəd edir. Cəbhə xəttində son gərginlik Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana və Azərbaycana səfərləri dövrünə təsadüf edir. Bəzi ekspertlərə görə, Rusiyanın təhlükəsizlik qarantiyasından arxayınlaşan ermənilər Azərbaycana güc nümayişi üçün cəbhədə vəziyyəti gərginləşdirirlər. Digərləri isə Rusiyanın razılığı (söhbət susmaq formasında razılıqdan gedə bilər) ilə Qarabağda lokal hərbi əməliyyatların başlaya biləcəyini gözləyir. Belə əməliyyatları tərəflərdən bu və ya digəri başlaya bilər. Yəni söhbət Rusiyanın təkcə Azərbaycana lokal əməliyyatlara başlamaqla cəbhə xəttini dəyişmək imkanı yaratmasından getmir. Ehtimal olunur ki, Rusiya lokal əməliyyatlara yaşıl işıq yandırmaqla tərəfləri mövcud sülh planını imzalamağa məcbur edə bilər. İstənilən halda Rusiyanın bölgədə olduqca riskli və hiyləgər oyun oynadığına şübhə yoxdur. Görünür, Vaşinqtonda da Rusiyanın Ermənistan və Azərbaycana yönələn siyasəti fonunda Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsini diqqətlə izləyirlər. Daha geniş planda Rusiya və ABŞ Qarabağda yeni müharibəyə imkan verməmək məsələsində ortaqdır, Vaşinqtonda Moskvanın planları və məqsədləri barədə tam məlumatlı deyillər.
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır