SON XƏBƏRLƏR

İstanbulda türk ölkələri prezidentlərinin zirvə görüşü keçiriləcək

2021.10.20, 07:36
İstanbulda türk ölkələri prezidentlərinin zirvə görüşü keçiriləcək

Gunaz.tv

GünAzTv: Türk ölkələri dövlət başçılarının ötən il Naxçıvanda keçirilmiş zirvə görüşündə qəbul olunmuş qərara əsasən yaradılacaq Türk Ölkələrinin Əməkdaşlıq Şurası sentyabrın 15-16-da İstanbulda keçiriləcək dövlət başçılarının zirvə görüşündə təsis olunacaq.

 

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın təmsil olunacağı və mərkəzi qərargahı İstanbulda olacaq şuranın baş katibi vəzifəsinə türkiyəli diplomat Xəlil Akıncının seçiləcəyi gözlənilir. Türkiyə Xarici İşlər Nazirliyinin namizədliyini irəli sürdüyü diplomat dövlət başçıları tərəfindən təsdiq olunarsa üç il müddətdində şuranın baş katibi olacaq.

 

Türk Ölkələrinin Əmədaşlıq Şurası Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Əməkdar Məmurlar Şurası, Ağsaqqallar Şurası və Katiblikdən ibarət olacaq.

 

AzərTAc xəbər verir ki, zirvə görüşündən əvvəl türk ölkələrinin xarici işlər nazirləri görüşəcək və qərar layihəsini dövlət başçılarına təqdim etmək üçün müzakirələr aparacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar