SON XƏBƏRLƏR

Ermənilərin Moskvaya inamı yoxdur?

2021.10.20, 07:36
Ermənilərin Moskvaya inamı yoxdur?

Gunaz.tv

GünAzTv: Separatçı Dağlıq Qarabağ rejiminin lideri Bako Saakyan bütün imkanlarını səfərbər edərək hərbi sahənin gücləndirilməsi ilə əlaqədar «Bədxərclik» edəcəklərini vurğulayıb.

Separatçı rejimin rəhbəri Saakyan həmçinin vurğulayıb ki, əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığı,sosial durumunun yüksəlməsi stiqamətində işlər görülməlidir. Guya bu günə qədər ermənilər ilk dəfədir ki, hərbi sahədə xərcləri artırmaq niyyətinə düşüblər. Sadəcə çox məsrəflər tələb edən bu sahəyə böyük pulların ayırmasına xirtdəyə qədər borcu olan Ermənistanın indiki durumu imkan vermir. Məhz Azərbaycanın müdafiə potensialının artması, ölkədə bu istiqamətdə infrastrukturların fəaliyyəti ordunun ehtiyaclarının ödəmə qabiliyyətinin reallaşması, ermənilərdə narahatçılıq yaradaraq gücləndirici addımları atmaq arzusu meydana çıxarıb. Milli qəhrəman Mübariz İbrahimovun döyüş meydanında göstərdiyi şücaət və ermənilərin qəfil hücumlarının qarşısının amansızlıqla alınması Qarabağda yaşayan ermənilərdə ruh düşkünlüyü yaradıb. Ekspertlər son zamanlar təmas xəttində ermənilərin fəallaşmasını da məhz bu amillə izah edirlər. Əslində bu başadüşüləndir. Hərbi əməliyyatlarda ardıcıl itki verərək geri çəkilən ermənilər hər dəfə buraxdıqları səhvləri düzəltməyə çalışsalar da, əksinə əvvəlkindən də biabırçı səhvlər edirlər. İtkilərin sayına gəldikdə, rəsmi İrəvan bunu israrla təkzib edir və rəqəmləri açıqlamaqdan çəkinir. Bu arada Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri isə Ermənistan rəhbərliyinin xəyallarını büsbütün alt-üst edib». Ermənistanın nüfuzlu mətbuat nümayəndələri və ekspertləri bu fikirdədilər. Rusiya ilə hərbi sazişdən sonra ürəklənərək daxili auditoriyaya hesablanmış populist bəyanatlarla Kreml adından çıxış edən Ermənistanın müdafiə naziri Seyran Ohanyan az öncə «Müharibə olacağı təqdirdə Azərbaycan qarşısında rus qoşunlarını görəcəyi»-ni bildirmişdi. Prezident Dmitri Medvedevin Bakıya səfəri zamanı Gümrüdəki bazanın Azərbaycanın ərazi bütövlüyünə, regiona təhdid yox, qlobal təhlükəsizlik məqsədi daşıdığını bəyan etməsi isə Ermənistan rəsmilərini düşünməyə vadar edib. Rəsmi İrəvan yenə çıxış yolunu silahlanmada görür. Belə olduğu halda Serj Sarkisyanın Azərbaycanla güc tətbiq etməmək haqda saziş imzalaması təklifi nə dərəcədə inandırıcı görünür?

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar