Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
GünAzTv: Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Bakıya gəlişi baş tutmayıb.
Məlum olub ki, o, bir sıra keçmiş siyasi liderlərin yer aldığı nümayəndə heyətinin “World Leaders Travel” şirkəti tərəfindən təşkil olunan səfəri çərçivəsində nəinki Azərbaycana, o cümlədən Gürcüstana gələsi olmayıb. Xəbər verildiyi kimi, nümayəndə heyətinin tərkibində Qorbaçovla yanaşı, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays, keçmiş müdafiə naziri Uilyam Perri və digərləri yer alırdı. Dəbdəbəli “Silver Wind” yaxtasında səyahət sentyabrın 30-da Moskvadan başlayıb. Oradan isə heyət Ukraynaya yola düşüb. “World Leaders Travel” şirkətinin internet saytında yayılan məlumata görə, qonaqlar Ukraynanın bir neçə liman şəhərində olublar.
Daha sonra Kiyevə gediblər. Turne çərçivəsində keçmiş dünya liderləri baş çəkdikləri şəhərlərdə ictimai diskussiyalara qatılıblar və mühazirələrlə çıxış ediblər. Əvvəlcədən hazırlanmış səfər marşrutuna görə onların sentyabrın 6-da Gürcüstanın Batumi şəhərinə gələcəyi gözlənilirdi. Lakin həmin gün məlum olub ki, nümayəndə heyətinin tərkibində Qorbaçov yer almır. Raysla Perri isə Batumiyə gələnlər arasındadır.Lakin çox keçmədən qonaqların gəlişi ilə bağlı qalmaqal yaranıb. Gürcüstan KİV-lərinin məlumatlarına görə, Raysın prezident Mixail Saakaşvili ilə görüşü baş tutmayıb. Belə ki, Rays Tiflisə baş çəkməyib və gözlənilmədən Batumidən təyyarə ilə İrlandiyaya uçub. Gürcüstan XİN-dəki mənbələrdən deyiblər ki, ABŞ-ın keçmiş dövlət katibinin heç bir izahat vermədən, tələm-tələsik Perri ilə sağollaşaraq Batumini tərk etməsi ölkə rəhbərliyini təəcübləndirib. Digər mənbə isə bildirib ki, Raysın Batumini qəfil tərk etməsi onunla görüşə hazırlaşan prezident Mixail Saakaşvilini pərt edib. Bildirilir ki, keçmiş dövlət katibi Dublində yazıçıların hansısa toplantısında iştirak etməli olduğunu bəhanə gətirərək Batumini tərk edib. Onu qarşılamaq üçün XİN nümayəndələri ayrılıbmış. Lakin Rays onlarla da görüşməyib. Gürcüstan XİN-in rəsmisi Nina Kalandadze deyib ki, onun məlumatına görə, Batumi sakinləri Raysı xoş qarşılamayıblar və keçmiş dövlət katibi Batmudə cəmi 1 saat qalıb. Həmçinin məlum olub ki, Batumidə keçirilən toplantı əvvəlcə reklam olunduğu kimi dünya liderlərinin simpoziumu deyil, “Rusiya və Qara dəniz” adlanır.Qorbaçovun isə Azərbaycana və Gürcüstana gəlməkdən niyə imtina etdiyi açıqlanmır. Onun adını daşıyan fondun nümayəndəsi Pavel Palajçenko “Regnum” agentliyinə bildirib ki, keçmiş SSRİ prezidenti hazırda Moskvadadır və gələn həftə Sankt-Peterburqa getməyi planlaşdırır: “Onun Gürcüstana getmək planı olmayıb”. Bununla belə, “World Leaders Travel” şirkətinin internet saytında ötən həftə yer alan məlumatda Qorbaçovun də Gürcüstan və Azərbaycana səfər edəcəyi bildirilirdi. Qeyd edək ki, Qorbaçovun Bakıya gələcəyi barədə xəbərlər Azərbaycanda dərhal narazılıq doğurmuşdu və ictimaiyyət 20 Yanvar qırğınına görə məsuliyyət daşıyan, Qarabağda erməni separatizmini qızışdıran bu bədnam siyasətçinin gəlişini yolverilməz hesab edirdi. KXCP sədri Mirmahmud Mirəlioğlu isə daha radikal mövqe nümayiş etdirərək demişdi ki, Bakıya gəlsə Qorbaçovu şəxsən öldürəcək. O, Qorbaçovu öldürmək niyyətinin ciddi olduğunu da mətbuata deyib.Məlum olub ki, Qorbaçovu Gürcüstanda da görmək istəmirlər. Bazar günü Tiflisdə Qorbaçovun səfərinə etiraz olaraq müxalifətin mitinqi olub. Aksiyanın təşkilatçılarından olan Gürcüstan Xalq Cəbhəsinin sədri Nodar Natadze deyib ki, Qorbaçov 1989-cu il aprelin 9-da Tiflisdə dinc nümayişçilərin güllələnməsi əmrini verib və cinayətkardır: “Əgər Qorbaçov Gürcüstana gəlmək istəyirsə bu o deməkdir ki, bizim hakimiyyətdə Rusiyanın agentləri oturub”. Natadze deyib ki, Qorbaçov Gürcüstana gəlsə dərhal həbs edilməlidir. Çünki onun həbsinə sanksiya vermək üçün kifayət qədər dəlillər var. Aksiya iştirakçıları onu da bildiriblər ki, Qorbaçovun gəlişini bütün mümkün üsullarla əngəlləməyə çalışacaqlar. Belə görünür ki, keçmiş SSRİ prezidenti onun səyahəti ilə bağlı Azərbaycanda və Gürcüstanda yaranan etirazları nəzərə alaraq Moskvada qalmağa üstünlük verib.M.Mirəlioğlu Qorbaçovun Bakıya və Tiflisə gəlməkdən imtinasını şərh edərkən deyib ki, keçmiş SSRİ prezidenti Azərbaycanda onu müdafiə edən yazılar yazanlardan daha doğru hərəkət eləyib: “Onun təhlükəsizliyinə nə Gürcüstanda, nə Azərbaycanda heç kim təminat verə bilməzdi. Hər halda, o, bu iki ölkəyə, onların xalqlarına etdiyi düşmənçiliyə, törətdiyi əməllərə görə hansı reaksiya ilə üzləşəcəyini bilməmiş deyil”.//"Yeni Müsavat"
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır