SON XƏBƏRLƏR

Türkiyədə 9 PKK üzvü məhv edilib

2021.10.20, 07:36
Türkiyədə 9 PKK üzvü məhv edilib

Gunaz.tv

GünAzTv: Rəsmilərin bildirdiyinə görə, toqquşma İraq və İran sərhəddinə yaxın Hakkari şəhəri ətrafında baş verib.

 

Türkiyə rəsmiləri bildirir ki, bu gün ölkənin cənub-şərqində hökumət qüvvələri ilə döyüşdə doqquz terrorist qətlə yetirilib.

 

Rəsmilərin bildirdiyinə görə, Kürdüstan Fəhlə partiyası PKK terroristləri ilə toqquşma İraq və İran sərhəddinə yaxın Hakkari şəhəri ətrafında baş verib. Bir türk əsgəri yaralanıb.

Türkiyə, ABŞ (Amerika Birləşmiş Ştatları) və Avropa Birliyi PKK-nı terrorçu qrup kimi tanıyır.

 

Dünən Tunceli vilayətində isə militanatlarla toqquşma zamanı bir türk əsgərinin şəhid olduğu bildirlir. Fransanın xəbər agentliyinin verdiyi məlumata görə, militantlar yaxınlıqdakı hidro-elektrik stansiyaya hücum etməyi planlaşdırırdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar