SON XƏBƏRLƏR

BMT-də Qarabağla bağlı gözlənilən müzakirənin vaxtı dəyişdirildi

2021.10.20, 07:36
BMT-də Qarabağla bağlı gözlənilən müzakirənin vaxtı dəyişdirildi

Gunaz.tv

GünAzTv: “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsinin BMT Baş Assambleyasının sessiyasında müzakirəsinin vaxtı dəyişib.

BMT-nin saytında yerləşdirilən məlumata görə, sentyabrın 7-də keçirilməsi nəzərdə tutulan müzakirələr sentyabrın 9-da olacaq. Bu məsələ Baş Assambleyanın 64-cü sessiyasının 18-ci maddəsini təşkil edir.Xatırladaq ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış situasiyaya tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir. Qeyd olunur ki, əhalinin qayıdışı insanlar arasında ünsiyyətin təşviqi və etimadın möhkəmlənməsi tədbirlərinə əlverişli şərait yaradacaq. Layihədə mədəniyyət və dini abidələrin mühafizəsinin təmin olunmasının, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi yönündə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanır.Sənəddə BMT strukturlarına Dağlıq Qarabağ münaqişəsi zonası və ətrafında beynəlxalq humanitar hüquq normaları və insan haqlarına dair beynəlxalq standartların təmin olunması məsələsini nəzərdən keçirmələri təklif olunur. Həmçinin münaqişə zonasına müvafiq təhqiqat apararaq hesabat hazırlanması məqsədilə çoxmillətli missiya göndərilməsi təklifi əksini tapıb.Layihədə BMT baş katibindən xahiş edilir ki, 65-ci sessiyaya bu qətnamənin həyata keçirilməsi haqqında ətraflı hesabat təqdim etsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar