SON XƏBƏRLƏR

Bu gün BMT-də Qarabağ müzakirələri başlayır

2021.10.20, 07:36
Bu gün BMT-də Qarabağ müzakirələri başlayır

Gunaz.tv

GünAzTv: Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə layihəsi müzakirəyə çıxarılacaq.

«Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə layihəsi bu gün BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında müzakirə olunacaq. Qətnamə layihəsi sessiyanın gündəliyinin 18-ci maddəsidir. Qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətin tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir. Qeyd olunur ki, əhalinin qayıdışı insanlar arasında ünsiyyətin təşviqi və etimadın möhkəmlənməsi tədbirlərinə əlverişli şərait yaradacaq. Layihədə mədəniyyət və dini abidələrin mühafizəsinin təmin olunmasının, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi yönündə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanır. Həmçinin münaqişə zonasına müvafiq təhqiqat apararaq hesabat hazırlanması məqsədilə çoxmillətli missiya göndərilməsi təklifi əksini tapıb. Layihədə BMT baş katibindən xahiş edilir ki, 65-ci sessiyaya bu qətnamənin həyata keçirilməsi haqqında ətraflı hesabat təqdim etsin.Xatırladaq ki, ötən il Rusiya, Birləşmiş Ştatlar, Fransa və Hindistan qurumun Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında qəbul etdiyi qətnamənin əleyhinə çıxmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar