SON XƏBƏRLƏR

Agentlik İrana inanmır

2021.10.20, 07:36
Agentlik İrana inanmır

Gunaz.tv

GünAzTv: Beynəlxalq Atom Energetikası Agentliyi - BATENA İranı nüvə müfəttişləri ilə əməkdaşlığa çağırıb.

Agentlik özünün yeni hesabatında bildirir ki, İrandakı bütün nüvə materialının dinc məqsəd daşıdığından əmin deyil.

BATENA bildirir ki, İran ötən noyabr ayından az qala min kiloqramadək aşağı zənginlikli uran istehsal edib.

BATENA-nın BBC tərəfindən əldə olunmuş məxfi hesabatında deyilir ki, İran, agentliyi lazımi sənədlərlə tanış etmir və onun müfəttişlərindən bəzilərinin bu ölkəyə səfər etməsinə razılıq vermir.

Odur ki, agentlik hazırda İranın nüvə fəaliyyətinin tam şəkildə dinc xarakter daşıdığı barədə təminat verə bilməz.

Agentlik bildirir ki, İranın bu məsələdə əməkdaşlığı təcili xarakter daşıyır.

Həmçinin bildirilir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən İrana qarşı tətbiq olunmuş daha sərt sanksiyalara baxmayaraq Tehran aşağı zənginlikli uranın istehsalını davam etdirir.

BATENA-nın hesabatında deyilir ki, İran ötən noyabr ayından bəri aşağı zənginlikli uran ehtiyatını az qala 1000 kiloqrama çatdırıb.

Əgər bu həcmdə uran 90 faizədək zənginləşdirilərsə atom bombasının hazırlanması üçün kifayət edə bilər.

Amerika Birləşmiş Ştatları və onun Qərb müttəfiqləri İranın məxfi şəkildə nüvə silahı yaratmağa can atdığını düşünürlər, hərçənd Tehran bu iddiaları rədd edir.

Tehran bildirir ki, onun nüvə fəaliyyəti tamailə dinc xarakter daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar