Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
GünAzTv: Daşlanma yolu ilə ölüm hökmünə məhkum edilmiş Səkinə Aştiani «The Times of London» qəzetində dərc olunmuş bir şəkilə görə daha 99 şallaq cəzası ilə cəzalandırılıb. 43 yaşlı Səkinə Məhəmmədi Aştianinin şallaqlanması saxlandığı Təbriz həbsxanasında həyata keçirilib. Bu haqda bazar günü onun vəkil Cavid Kian məlumat verib. Onun başqa vəkilləri isə bu xəbərin doğru olmadığını bildiriblər. Telefonla müsahibəsində vəkil Cavid Kian bildirib ki, o, avqustun 11-dən Aştiani ilə əlaqə saxlaya bilmir. Avqustun 11-də İranın dövlət televiziyasında Aştianinin ərinin ölümündə günahı olduğunu etiraf edən çıxışı yayımlanmışdı. Vəkil deyir ki, Səknə Aştianidən bu ifadələr məcburən alınıb. Məqsəd də bu cəzaya görə bütün dünyadan İrana yönəlmiş təzyiqlərin qarşısını almaqdır. Səkinə Məhəmmədi Aştiani 2006-cı ildə daşlanma yolu lə edam cəzasına məhkum edilib. O ərinə xəyanətdə və onun öldürülməsində ittiham olunur. Düzdür, beynəlxalq təzyiqlərdən sonra cəzanın icrası dayandırılb. Ancaq İran hakimiyyəti yenə Aştianinin edam olunacağına işarə vurur. «İRAN ƏSLİNDƏ QADININ ƏSL SİMASINI DAŞLAMAQ İSTƏYİR» Səkinə Məhəmmədi Aştiani ilə bağlı sonuncu hadisə isə avqustun 28-dən başlayıb. «The Times of London» qəzetində bir qadın şəkli dərc olunub. Qara saçlı bu qadının qulaqlarında sırğa var, dodaqları çəhrayı boyalıdır. Qadın ənənəvi islam geyimi olan çadrada deyil. Başlıqda da bu sözlər yazılıb – «İran əslində qadının əsl simasını daşlamaq istəyir». Yazında beynəlxalq ictimaiyyətin Aştianinin edam olunmaması üçün Tehrana təzyiqlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Bu yazıdan beş gün sonra «The Times of London» üzrxahlıq edib. Bildirib ki, şəkil Aştianinin şəkli deyilmiş. Hazırda İsveçdə yaşayan iranlı mühacir Suzan Hecratın şəklidir. Qəzet yanlışlığın səbəbini jurnalistlər, Aştianinin vəkili Məhəmməd Mustafayi və onun oğlu 22 yaşlı Səyyad Qadirzadə arasında olan anlaşılmazlıqla izah edib.
Kianın bildirdiyinə görə, Təbriz həbsxanasında Aştiani ilə bir yerdə qalan və bu yaxnlarda azadlığa buraxılmış bir qadın ona bildirib ki, həmin şəkil yayılandan sonra Aştianiyə ədəbsizliyə görə 99 şallaq vurulub. SUZAN HECRƏT ŞƏKLİN ONUN OLDUĞUNU TƏSDİQLƏYİBİsveçdə yaşayan iranlı mühacir Suzan Hecrət isə telefonla müsahibəsində qəzetdəki şəklin onun şəkli olduğunu təsdiqləyib. O deyib k, İran qadınlarının hüquqlarının müdafəsi ilə məşğul olur, Aştiani haqqında da çoxlu yazılar yazır. Həmişə də yazılarında müəllif kimi öz şəklini qoyurmuş. O bildirb ki, ola bilsin e-maildə bu şəkil səhvən Aştianinin şəkli kimi başa düşülüb. O şəklinin Aştianinin cəzalandırılmasına səbəb olmasından kədərləndiyinin də bildirib. Vəkil Kian deyir ki, İranın hakimiyyət orqanları bu şəkildən Aştianini və onun yaxınlarını cəzalandırmaq üçün bir vasitə kimi istifdə edib. Baxmayaraq ki, o edam cəzası alıb, onu şallaqlamaqla jurnalistlərə və qohumlarına «baxın, onun işi haqqında yazsanız, məlumat yaysanız, onun üçün pis olacaq» mesajı göndərirlər. «The Times of London» qəzetinin redaktoru Simon Pearson isə deyir ki, biz hələ də şəkil məsələsini araşdırırıq. Bu şəklə görə Aştianinin qamçılanması doğrudursa, bundan belə nəticəyə gələk olar ki, «İran hakimiyyəti Qərb mediasına Aştiani haqqında yazmaqda davam etsəniz, bu onun üçün daha da pis olacaq» mesajı göndərir. ŞƏKLİ VƏKİL GÖNDƏRİBAştianinin oğlu Qadirzadə isə deyib ki, şəkli o yox, indi anasını təmsil etməyən vəkil Mustafayi göndərib. İran hakimiyyətinin təzyiqi ilə ölkədən qaçan və hazırda Norveçdə yaşayan vəkil Mustafayi isə bildirib ki, o, Aştianini müdafiə etməkdə davam edir. Dünya şöhrətli kinoaktrisa Catherine Deneuve isə Karlo Bruninin Aştianinin müdafiəsinə qalxmasının əks nəticə verdyini bildirib. Deyib ki, sən məşhur adamsansa, kimisə müdafiə edəndə gərək çox ehtiyatlı olasan. Deneuve deyib ki, Karlo Bruni xüsusilə öz keçmişinə görə ehtyatlı olmalıydı. Çünki bu bumeranq effekti verə bilərdi: «Qarşı tərəf topu sanki göydə tutdu və əks zərbə ilə demək istədi ki, get sən öz problemlərinlə məşğul ol».
Karlo Bruninin Nikola Sarkozi ilə ailə qurmamışdan əvvəl ailəli olan Mick Jaggerlə və Eric Clapton kimi məşhurlarla əlaqələri olub. İŞƏ VATİKAN QARIŞIRVatikan isə Səkinə Aştianinin bağışlanması üçün Tehranla diplomatik yollarla münasibət qura biləcəyini bildirib. Vatikan bildirir ki, Aştianinin oğlu italiyan qəzetlərin birinə bununla bağlı Papa 16-cı Benediktdən kömək istəyib. Vatikanın sözcüsü Federico Lombardi bildirirb ki, Aştiani ilə bağlı baş verənləri diqqətlə izləyirlər. Lombardi deyib ki, «kilsənin ölüm cəzasına münasibəti aydındır və daşlanma da bu cəzanın ən ağır növüdür». Vatikan sözçüsü Aştianinin xilası üçün diplomatik vasitələrdən istifadə edəcəklərini bildirib. İtaliyanın xarici işlər naziri Franco Frattini isə Tehranı Aştianiyə mərhəmət göstərməyə çağırmışdı. Azadlıq radiosu
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır