SON XƏBƏRLƏR

Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

2021.10.20, 07:36
Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

Gunaz.tv

GünAzTv: İran zindanları getdikcə azaırbaycan türkləri ilə dolduqca, azadlıq tələbi və özgürlük arzularıda get-gedə artır.

 

Milli hüquqlar zəminində dinc fəaliyyət göstərən soydaşlarımızın İran rejimi tərəfindən təzyiqə məruz qalması və  onların həbsə atılması millətimiz tərəfindən nifrətlə qarşılanır.

 

Millətimiz bu qeyri-insani və qeyri demokratik siyasətə müxtəlif şəkildə etiraz edib və öz münasibətini Bildirişlər, müsahibələr, aksiyalar, şikayətlər və... kimi vasitələrlə bəyan edib.

 

Mərənd şəhərinin divarlarıda o etirazın tərkib hissəsidir. Mərənd şəhərinin müxtəlif məhəllələrində belə divarlara rast gəlmək çox adi haldır. Nümunə olaraq şəkilə baxa bilərsiniz.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar