SON XƏBƏRLƏR

İran “Bayraq Meydanı”mıza “Pərçəm Meydanı” ilə cavab verdi

2021.10.20, 07:36
İran “Bayraq Meydanı”mıza “Pərçəm Meydanı” ilə cavab verdi

Gunaz.tv

GünAzTv: İran rejimi Təbriz Meydanlarının birinin adını dəyişdi. Bundan sonra artıq “Bəsic Meydanı”, “Pərçəm Meydanı” (xatırladaq ki, fars dilində “Pərçəm” sözü bayraq deməkdir) adlanacaq.

 

Təbrizin sərnişin nəqliyyatı (transport) şirkətinin rəsmisi son bəyanatlarında “Bəsic Meydanı” ifadəsinin yerinə “Pərçəm Meydanı” ifadəsi işlədib.

Tağızadənin dəfələrcə istifadə etdiyi ifadəni İranın bir çox rəsmi saytları yayıb.

 

Xatırladaq ki, şərhçilərin fikricə İran rejiminin bu əməli son günlərdə Bakıda açılan Bayraq meydanına cavabdır.

Pərçəm Meydanının məhz Təbrizdə açılması isə xüsusi diqqətə layiq məsələdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar