SON XƏBƏRLƏR

İşqalçı ölkənin televiziyası Şəhid əsgərimizin meyitinin kadrlarını yayıb

2021.10.20, 07:36
İşqalçı ölkənin televiziyası Şəhid əsgərimizin meyitinin kadrlarını yayıb

Gunaz.tv

GünAzTv: Ermənistanın İctimai televiziyası sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində - Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olmuş Milli Ordumuzun hərbçilərindən birinin meyitinin kadrlarını yayımlayıb.

Güman olunur ki, bu, Bakının Xətai rayonunda qeydiyyatda olan və əslən Cəlilabaddan olan 24 yaşlı Fərid Gülağa oğlu Əhmədovdur. Qeyd edək ki, kadrlarda meyitin üzü göstərilmir. Fərid Əhmədovla birgə şəhid olan 34 yaşlı Əhməd Hüseynağa oğlu Abdullayev doğulduğu Cəlilabadda artıq torpağa tapşırılıb. AnsAllah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar