Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
GünAzTv: Ekspert Rusiya prezidentinin Ermənistanla imzaladıqları sazişin Azərbaycana qarşı yönəlmədiyi ilə bağlı dediklərini də yalan adlandırdı.
Rusiya prezidenti Dmitri Medvedevin Bakı səfəri üç sazişin imzalanması ilə yadda qalsa da, görüşlərdə pərdəarxası məqamlar da olmamış deyil. Ermənistanla imzalanan sazişdən sonra Medvedevin Bakıda sərt təpkilərlə üzləşəcəyi gözlənilsə də, belə olmadı. Sazişə toxunan Rusiya prezidenti onun Azərbaycana qarşı yönəlmədiyini dedi. Bu açıqlama qaneedici sayıla bilərmi?
Rusiyanın Ermənistanla imzaladığı sazişin Azərbaycanda etiraza səbəb olduğunu xatırladan politoloq Vəfa Quluzadənin fikrincə, Medvedevin Bakı səfəri balans yaratmaq məqsədi güdür: “Rusiya həmsədrə layiq olmayan addım atdı, Ermənistanla Azərbaycan və bütün region üçün olduqca təhlükəli hərbi müqavilə bağladı. Rusiya münaqişəni həll etməlidir. Ancaq münaqişə tərəflərindən birini gündən-günə gücləndirir, silahlandırır. Üstəlik, bazalarının statusunu artırdılar ki, Ermənistandan kənarda fəaliyyət göstərə bilərlər. Yəni Rusiyanın 102-ci diviziyası hətta gedib Qırğızıstanda, Qazaxıstanda da döyüşə bilər. Bu müqavilə bütün Azərbaycanın etirazına, qəzəbinə səbəb oldu. Ona görə də Medvedev bunu balanslaşdırmaq üçün gəlib üç qondarma müqavilə imzaladı”.
Ekspertin sözlərinə görə, Bakıda imzalanan sazişlər üçün Medvedevin Azərbaycana gəlməsinə ehtiyac yox idi: “Azərbaycan Medvedevi qova bilməzdi. Ona görə məcbur olub üç mənasız müqaviləyə imza atdılar. Onu ”Qazprom"un rəhbəri ilə Azərbaycan Neft Şirkətinin prezidenti imzalaya bilərdi. Sərhədlərin demarkasiyası məsələsi elə də əhəmiyyətli deyil. Bunu nazir müavinləri imzalaya bilərdilər. Medvedevin bura səfəri qondarma idi. Moskvada səfərin əhəmiyyətini şişirtdilər. Guya Ermənistanla Azərbaycana Rusiyanın münasibəti eynidir. Amma bu, yalandır. Bu yalanın üstünü örtmək üçün də Medvedev Bakıya gəldi".
Ekspert Rusiya prezidentinin Ermənistanla imzaladıqları sazişin Azərbaycana qarşı yönəlmədiyi ilə bağlı dediklərini də yalan adlandırdı: “Medvedevin sözləri başdan-ayağa yalandır. Onun deməsindən heç nə asılı deyil. Rusiya Ermənistandan qoşunları çıxarıb deyə bilərdi ki, müharibəyə son qoyulur. Bu, regionda sabitliyə xidmət edərdi. Amma əksinə, regionu silahlarla doldurur. Özü də deyir ki, bu, sabitliyə xidmət edəcək”.
Bu tip görüşlərdə pərdəarxası məqamların olduğunu deyən politoloq Zərdüşt Əlizadə üzdə olanlardan da nəticə çıxarmağın mümkünlüyünü qeyd etdi: “Ikitərəfli görüşlərdə müzakirəlik məsələlər çox olur. Ancaq üzdə olanlardan da nəticə çıxarmaq mümkündür. Qarabağ məsələsinin dondurulmuş vəziyyətdə qalacağına işarə olundu. Satılan qazın həcmi artırıldı. Sərhədlər razılaşdırılıb, müqavilə bağlanıb. Azərbaycanla Rusiya arasında qalan məsələlər problemlidir”.
Ilham Əliyevin üzündən narazılığın hiss olunduğunu deyən ekspert vurğuladı ki, bunun üzdə olan məsələlərlə bağlılığı yoxdur.
Z.Əlizadə Medvedevin Ermənistanla imzaladığı sazişlə bağlı dediyində hər hansı yeniliyin olmadığını bildirdi: “Rus hərbi bazasının bir mahiyyəti var. Erməni ordusu, generalları ilə yaxın münasibətləri saxlayaraq Ermənistanın siyasi həyatına, siyasi elitasına nəzarət etmək. Bunun vasitəsilə Qarabağ münaqişəsini dondurub saxlamaq, həm də Azərbaycan üzərində nəzarəti qorumaq”. Azadlıq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır