SON XƏBƏRLƏR

Azərbaycanlı fəalların Təbriz zindanına köçürüldükləri bildirilir

2021.10.20, 07:36
Azərbaycanlı fəalların Təbriz zindanına köçürüldükləri bildirilir

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanda 22 may (1 xordad) milli qiyam ərəfəsində tutuqlanmış soydaşlarımızın Təbriz zindanına köçürüldükləri bildirilir.

Bu barədə “Öyrənci” saytı Güney mənbələrinə istinadən xəbər yayıb.

 

2010-cu il 22 may ərəfəsində Təbriz, Tehran, Kərəc, Urmu, Ərdəbil, Qoşaçay, Makı, Kəleybər, Meşkinşəhr, Xoy, Sofiyan və... kimi şəhərlərdə tutuqlanan onlarca soydaşımız Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinə köçürülüb və orda saxlanılırdılar.

 

Xatırladaq ki, azərbaycanlı məhbusların qeyd-şərtsiz buraxılması ilə ilgili müxtəlif təşkilatlar, universitet müəllim və tələbələri, müxtəlif sinfi qurumlar və ziyalılar tərəfindən bəyanatlar yayılıb. Həmçinin müxtəlif ölkələrdə aksiya keçirilərək İran rejiminin bu qanunsuz hərəkəti pislənilib və qanunsuz saxlanılan azərbaycanlıların azadlığı tələb olunub. Lakin bütün bunlara baxmayaraq yaxalananların bir sırası zəmanət və mülki vəsiqə qarşılığında azadlığa buraxılsalarda, hələdə 20 nəfərə yaxın soydaşımız naməlum səbəbdən həbsdə saxlanılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar