SON XƏBƏRLƏR

Rejim “Azərbaycan Xəbərləri” veblaqının istifadəsinə qadağa qoyub

2021.10.20, 07:36
Rejim “Azərbaycan Xəbərləri” veblaqının istifadəsinə qadağa qoyub

Gunaz.tv

GünAzTv: İran rejimi Güney Azərbaycanı informasiya blokadasında saxlamaq ideyasında israrlıdır.

 

Güneydən gələn məlumatlara görə, bu dəfə də “Azərbaycan xəbərləri” veblaqının  istifadəsinə qadağa qoyulub (Filtr edilib).

 

 “Azərbaycan xəbərləri” veblaqının əməkdaşları öz oxucularına müraciət edərək, Saytı izləmək üçün aşağıdakı LİNKi tıklamayı bildirib.

http://azxabar1.tk/

 

Qeyd edək ki, İran rejiminin Güney Azərbaycanın milli demokratik hüquqları və rejim tərəfindən məruz qaldığı ayri-seçkilik siyasətini dünya ictimaiyyətinə çatdıran Kütləvi İnformasiya Vasitələrinə qarşı apardığı siyasət yeni başlamayıb. Günümüzə qədər bir çox dərgi və qəzetlərin nəşri dayandırılıb. Onların əməkdaşları həbs edilib və İnternet saytlarının istifadəsinə qadağa qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar