SON XƏBƏRLƏR

İranda işsizlərin sayı sürətlə artır

2021.10.20, 07:36
İranda işsizlərin sayı sürətlə artır

Gunaz.tv

GünAzTv: BMT-nin məlum sanksiyalarından sonra İranda maliyyə, iqtisadi və sosial durum ağırlaşmaqdadır. Həmin yasaqlara ciddi əməl edilərsə, o zaman İranda bu məsələlərlə bağlı vəziyyət böhran həddinə çata bilər. ölkədə 24 milyon iş qabiliyyətli vətəndaş var. İşsizliyin sayı isə ötən illərlə müqayisədə, İran tarixində rekord həddə - 18 faizə çatıb. Bu barədə Lent.az «İLNA» xəbər agentliyinə istinadən xəbər yayıb.Yerli müşahidəçilərin dediyinə görə, bu rəsmi məlumatdır, ancaq gerçəklikdə işsizlərin sayı bundan daha çoxdur. İslam Respublikası qanunlarına əsasən, 10 yaşdan yuxarı olanlar «əmək qabiliyyətli» sayılır. Bir saat işləyənlər isə «məşğul» hesab olunur.İran statistika bürosunun məlumatına görə, gənclər arasında işsizlik 30 faizdən artıqdır. Əhalinin 74 faizini 35 yaşa qədər vətəndaşlar təşkil edir. Bu baxımdan, İran dünyada «ən gənc dövlət» sayılır. Ölkə əhalisinin sayı 70 milyondan çoxdur.İLNA-nın məlumatına görə, iqtisadiyyatın sürətli inkişafı nəticəsində işsizliyin sayı bir ildə 8 faizə qədər azala bilər. Ən nikbin proqnoza əsasən bu 5 faizdən artıq ola bilməz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar