SON XƏBƏRLƏR

Politoloq Rasim Musabəyov: Bu səfərdən nə Rusiya istədiyini ala bildi, nə Azərbaycan qane oldu

2021.10.20, 07:36
Politoloq Rasim Musabəyov: Bu səfərdən nə Rusiya istədiyini ala bildi, nə Azərbaycan qane oldu

Gunaz.tv

GünAzTv: Medvedevin Bakıdakı açıqlamaları İrəvanda olduğu qədər parlaq və təbliğata hesablanmış deyildi.

Bu sözləri Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana ikigünlük rəsmi səfərini Milli.Az xəbər portalına şərh edən politoloq Rasim Musabəyov bildirdi.Onun fikrincə, Rusiya Prezidentinin səfəri işçi xarakter daşıyırdı. "Hər halda mən də hamı kimi səfəri televiziya və mətbuatdan izlədim və danışıqların təfərrüatı barədə məlumatlara malik deyiləm. Lakin hiss olunurdu ki, bu səfərdən nə Rusiya istədiyini ala bildi, nə Azərbaycan qane oldu. Bununla belə, hər iki tərəf münasibətlərin gərginləşməsində maraqlı deyil" - deyə politoloq əlavə etdi."Prezident Medvedevin səfəri bir müddət əvvəl Rusiya-Ermənistan hərbü müqaviləsinin yenilənməsi və buradakı rus hərbi bazalarına əlavə imtiyazların verilməsi məsələsinə aydınlıq gətirdimi" sualını isə politoloq belə cavablandırdı: "Fikrimcə, Rusiya hərbi bazalarının Ermənistanda qalma müddətinin artırılması elə də böyük problem deyil. Əsas məsələnin mahiyyətidir. O da bundan ibarətdir ki, Rusiya Ermənistanın qeyri-konstruktiv mövqeyini dəstəkləyir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar