SON XƏBƏRLƏR

Mehdi Kərrubi Qüds günü xüsusi təzyiqlərlə üzləşib

2021.10.20, 07:36
Mehdi Kərrubi Qüds günü xüsusi təzyiqlərlə üzləşib

Gunaz.tv

GünAzTv: İranın müxalifət lideri Mehdi Kərrubinin veb səhifəsində hökumət tərəfdarı milis qüvvələrinin onun evini mühasirəyə alaraq, yürüşdə iştirak etməsinin qarşısını almağa çalışdıqları bildirilir.

İranın müxalifət lideri Mehdi Kərrubinin veb səhifəsində hökumət tərəfdarı milis qüvvələrinin onun evini mühasirəyə alaraq, yürüşdə iştirak etməsinin qarşısını almağa çalışdıqları bildirilir. Sabah veb saytında deyilir ki, Bəsic üzvləri iki gecə öncə onun qapısını sındırmaq istəmiş, Kərrubinin cangüdənlərini vəhşicəsinə döymüşlər.

Sərt-xətt tərəfdarları göründüyü kimi Fələstinə həmrəylik nümayiş etdirilən Qüds günü münsibəti ilə keçiriləcək yürüşdə Kərrubinin iştirakına mane olmaq istəyirlərmiş.

Xatırladaq ki, Keçən il İran müxalifəti həmin gün hökumətə qarşı etiraz aksiyası təşkil etmişdi. Nümayişçilərlə polis və sərt-xətt tərəfdarları arasında toqquşma olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar