SON XƏBƏRLƏR

İranda dolların məzənnəsi yeni rekord qırıb: 1 dollar 29 min 200 tümən

2021.11.25, 08:28
İranda dolların məzənnəsi yeni rekord qırıb: 1 dollar 29 min 200 tümən

Gunaz.tv

Yayılan məlumata görə, dünən İranda dolların qiyməti daha 400 tümən qalxıb və həmin günün axşam saatlarında İranın azad valyuta bazarında 1 ABŞ dolları 29 min 200 tümən qarşılığında mübadilə edilib.

Bu isə İbrahim Rəisinin prezident seçilməsindən sonra İranın azad valyuta bazarında dolların qiymətinin yüksəldiyi yeni bir rekorddur. 

İranda dolların qiymətinin yenidən kəskin şəkildə artmağa başlaması Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinin İranla bağlı iclası ərəfəsinə təsadüf edib.

Dolların məzənnəsinin artmasının səbəbi isə iki gün əvvəl İrana səfər edən Beynəlxalq Atom Enerjisi Agentliyinin baş dirktoru Rafael Qrossinin açıqlaması ilə əlaqələndirilir.

Vanadakı nüvə danışıqlarının 7-ci mərhələsinin başlanması ərəfəsində Tehrana səfər edən Qrossi İran rəsmiləri ilə görüşündən sonra mediaya açıqlamasında səfərin uğursuz alındığını və Tehrandakı müzakirələrin heç bir nəticə vermədiyini bəyan edib.

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar