SON XƏBƏRLƏR

ABŞ rəsmisi: “İranla razılaşma icra olunarsa, MAQATE İdarə Heyətinin iclasının keçirilməsinə israr etməyəcəyik”

2021.12.16, 10:48
ABŞ rəsmisi: “İranla razılaşma icra olunarsa, MAQATE İdarə Heyətinin iclasının keçirilməsinə israr etməyəcəyik”

Gunaz.tv

Adının açıqlanmasını istəməyən Amerika rəsmisi dekabrın 15-də mediaya açıqlamasında deyib ki, Tehranla MAQATE arasında əldə olunmuş razılaşma tam həyata keçiriləcəyi təqdirdə, artıq yeni ildən əvvəl Agentliyin İdarə Heyətinin bununla bağlı iclas keçirməsinə ehtiyac qalmayacaq.

“Əgər İranın MAQATE-nin baş direktoru ilə əldə etdiyi razılaşma tam icra olunsa, güman edirik ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin növbədənkənar toplantısının keçirilməsinə və bu məsələyə baxılmasına zərurət yaranmayacaq.

Lakin buna baxmayaraq, əgər İranla MAQATE arasında nüvə gərginliyi davam etsə, biz buna reaksiya verəcək, lazlmi addımı atacağıq”,- deyə adının açıqlanmasını istəməyən Amerika rəsmidsi bidirib. 

Xatırladaq ki, İran Kərəcdəki sentrifuqalar kompleksində (TESA) Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarət kameralarının yenidən quraşdırılmasına razılıq verib.

Bununla bağlı xəbəri İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın olan “nournews.ir” saytı dekabrın 15-də məlumat yayıb.

Saytın bununla bağlı xəbərinin yayılması, İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Tehranla MAQATE arasında “yaxşı bir razılaşmanın əldə olunması” ilə bağlı mediaya açıqlamasından bir neçə saat sonraya təsadüf edib.

“İran könüllü olaraq MAQATE-yə zədələnmiş kameraları yeniləri ilə əvəz etməyə icazə verib”, -deyə İranın “nournews.ir” saytı bildirib.

A.M 
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar