SON XƏBƏRLƏR

Vyanada İranla aparılan nüvə danışıqları 3 gün müddətinə dayandırılıb

2021.12.31, 07:49
Vyanada İranla aparılan nüvə danışıqları 3 gün müddətinə dayandırılıb

Gunaz.tv

Bu barədə dekabrın 30-da Vyanada danışıqlar aparan nümayəndə heyətləri məlumat yayıblar.

Bildirilir ki, nüvə danışıqlarının səkkizinci mərhələsinin davamı 2022-ci il yanvarın 3-də olacaq.

Bu arada Vyanada Qərblə nüvə danışıqları aparan İran nümayəndə heyətinin başçısı Əli Baqiri Kəni Avropa Birliyi baş katibinin müavini Enrique Mora ilə görüşərək danışıqlar prosesi barədə onunla danışıqlar aparıb.

Baqiri Kəni danışıqlar prosesini müsbət adlandırıb.

O, tərəflər arasındakı danışıqların yaxşı istiqamətdə aparıldığını iddia etsə də, müzakirələrin həssas bir mərhələyə çatdığını bildirən ABŞ və Avropa ölkələri, İranın destrukriv mövqe sərgiləməsi üçün danışıqların çox ləngidilməsindən nigaran olduqlarını bildiriblər. 

علی باقری کنی، رئیس هیات ایرانی در دوره جدید مذاکرات احیای برجام

                                                                       Vyanada danışıqlar aparan İran nümayəndə heyətinin başçısı Əli Baqiri Kəni 

A.M 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar