SON XƏBƏRLƏR

İranda tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin evində atxarış aparılıb

2022.01.01, 12:39
İranda tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin evində atxarış aparılıb

Gunaz.tv

Bu barədə Nərgiz Məhəmmədinin Parisdə mühacirətdə yaşayan həyat yoldaşı, siyasi fəal Taqı Rəhmani dekabrın 31-də “Twitter” hesabında etdiyi paylaşımında məlumat yayıb. 

Paylaşımda bildirilir ki, dekabrın 29-da mənzildə yoxlama aparan İranın təhlükəsizlik qüvvələri Nərgiz Məhəmmədinin müəllifi olduğu “Bəyaz işgəncələr” adlı kitabından bir neçə nüsxəsini özləri ilə aparıblar.

Bildirilir ki, Nərgiz Məhəmmədinin “Bəyaz işgəncələr” adlı əsəri İran zindanlarında siyasi ittihamlara görə həbsdə saxlanmış 12 qadın hüquq müdafiəçisi, o cümlədən də Atena Daimi, Nazənin Zağəri, Reyhanə Təbatəbayi, Henqamə Şəhidi, Şükufə Yədullahi və başqaları ilə ilə müsahibələr toplusudur.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb, rejim məmurları tərəfindən mütəmadi olaraq təhdid edilərək təzyiqə məruz qalıb.  

A.M 
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar