SON XƏBƏRLƏR

“Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıyıq” – Ermənistan prezidentliyinə namizəd

2022.02.03, 11:47
“Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıyıq” – Ermənistan prezidentliyinə namizəd

Gunaz.tv

“Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Vətəndaş Müqaviləsi” partiyasından Ermənistan prezidentliyinə namizəd Vaaqn Xaçatryan İctimai televiziyanın efirində bildirib.

Xaçatryan qonşularla müharibə, mübahisə etməyi təsəvvür etmədiyini əlavə edib.

“Hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq lazımdır”, – deyə Xaçatryan deyib.

Xaçatryan əlavə edib ki, Ermənistan vətəndaşları üçün sülh həyat və inkişaf üçün yeganə variantdır.

Prezidentliyə namizəd Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına pozitiv baxdığını deyib: “Prosesi davam etdirmək lazımdır. Bu nəticədə iqtisadi və siyasi münasibətlərin yaranmasına gətirib çıxaracaq”. (azpost.info)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar