SON XƏBƏRLƏR

İranın ən böyük bankında oğurluq olub-250 əmanət kassası aparılıb

2022.06.07, 05:47
İranın ən böyük bankında oğurluq olub-250 əmanət kassası aparılıb

Gunaz.tv

Oğrular bankda saxlanılan 250 əmanət kassasını özləri ilə aparıblar.

İranın dövlət Televizyası İran Milli Bankının ictimaiyyətlə əlaqələr bölməsinə istinadən xəbəri təsdiq edib və oğurların özlərindən heç bir iz qoymadıqlarını açqlayıb.

Məlumatda oğruların peşəkar olduqları, bankı yaxşı tanıdıqları və bu səbəbdən bütün elektronik sistemi kor edə bildikləri, müşahidə kameralarının mərkəzi yaddaş kartını özləri ilə apardıqları qeyd olunub.

Bankın ictimaiyyətlə əlaqələr bölməsi oğurluq həcminin böyük olduğunu bildirsədə, hələlik aparılan vəsaitin dəqiq məbləğinin hesablana bilmədiyini deyib.

İslahatçı qanada yaxınlığı ilə tanınan tanınmış jurnalist və media fəalı Abbas Əbdi oğurluqla bağlı sosial media hesabında paylaşım edib.

“Milli Bankın Universitet şöbəsindən oğurluq adicə qarət deyil. Bununla bağlı başqa ehtimalları nəzərə almaq lazımdır. Bu pul və qızıl oğurlamaqdan daha çox ölkənin milli təhlükəsizliyini hədəf almaqdır”-deyə, Əbdi tvitter hesabında yazıb. 

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar