SON XƏBƏRLƏR

"Məktəb bitdi, oxumağa davam"- Mehdiabad kitabxanasında yay görüşlərinə başlanılıb

2022.06.20, 04:10
"Məktəb bitdi, oxumağa davam"- Mehdiabad kitabxanasında yay görüşlərinə başlanılıb

Gunaz.tv

İlk görüş Mehdiabad Qəsəbə 1 saylı tam orta məktəbin 1-ci "b" sinfi, müəllim və valideyn kollektivi ilə gerçəkləşib.

İlk öncə uşaqlara kitabxana haqda məlumat verilib, kitabxanada necə davranmalı olduqları haqda danışılıb.

Filialın müdiri,şair Aytən Təhmasib məktəb tətilinin başlanması ilə uşaqların asudə vaxtlarının  daha çox olması və bu vaxtın mütaliəyə yönləndirilməsinin vacibliyi haqda danışaraq, uşaq və valideynlərin diqqətini kitabxanaya cəlb etmək üçün bir sıra maraqlı təkliflər verib.

Təkliflərdən biri isə belə olub: məktəb tətili boyunca həftədə bir gün kiçik oxucular üçün ingiliscə "oyun-dərslər" təşkil olunacaq və uşaq oyunları, kiçik dialoqlar qurmaqla,şəkilli kitablar vasitəsilə ingilis dilinin uşaqlara daha rahat və maraqlı şəkildə  öyrədilməsinə yardım göstəriləcəkdir.  

e9D7TAI.jpg

Görüşdə ilk "oyun-dərs" praktiki şəkildə nümayiş olunub.

Kristin Vaytın "English in pictures" və digər müəlliflərin ingiliscə-azərbaycanca lüğətlərindən istifadə olunaraq uşaqlara müxtəlif sözlərin ingiliscə qarşılığı və düzgün tələffüz olunması qaydaları öyrədilib.

Daha sonra uşaqlar üçün kitabxanaçılar tərəfindən müxtəlif nağıllar oxunub, maraqlı uşaq kitabları haqda məlumatlar verilib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar