SON XƏBƏRLƏR

İranda qızıl külçələrin 38 faizi Azərbaycanda istehsal edilir

2022.07.30, 08:43
İranda qızıl külçələrin 38 faizi Azərbaycanda istehsal edilir

Gunaz.tv

Vali buna baxmayaraq Qərbi Azərbaycanın məşğulluğunda mədənlərin payının 1 faizdən az, əyalətin əlavə dəyərində isə 0.5 faz olduğunu söyləyib.

Hazırda emal sənaye sahələrinin olmadığına görə, Qərbi Azərbaycandan xam qızıl külçə şəklində başqa əyalətlərə daşınır.

Bir müddət bundan öncə Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi höccətül-islam Seyid Salman Zakir əyalət mədənlərindən əldə edilən gəlirlərin ədalətli bölünmədiyini, əldə edilən gəlirin yalnız 3%-nın Qərbi Azərbaycana ayrıldığını bildirib.

Qeyd edək ki, Qərbi Azərbaycanın Zərşuran və Ağdərə qızıl mədənləri Yaxın Şərqin ən böyük qızıl mədəniləri sayılır.

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar