SON XƏBƏRLƏR

Ned Prays təsdiqlədi: "Amerika danışıqların qalan məsələləri ilə bağlı İrana cavab verib"

2022.08.25, 04:45
Ned Prays təsdiqlədi: "Amerika danışıqların qalan məsələləri ilə bağlı İrana cavab verib"

Gunaz.tv

Praysın şərhindən əvvəl dövlət "İRNA" xəbər agentliyi xəbər verib ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Amerikanın cavabını aldığını elan edib.

O, İranın araşdırmaları yekunlaşdırdıqdan sonra öz fikirlərini koordinatora bildirəcəyini açıqlayıb.

Amerika tərəfi hələ ki, İrana cavabının təfərrüatlarını açıqlamayıb, ancaq avqustun 24-də "Wall Street Journal" məlumatlı mənbələrə istinadən yazıb ki, Amerikanın Avropa Birliyinin təklif etdiyi saziş mətni barədə İranın təklifləri ilə razılaşacağı ehtimalı azdır. 

Bu qəzet danışıqlar prosesində olan diplomatik mənbələrə istinadən yazıb ki, İranın təkliflərinin Amerika tərəfindən qəbul edilməməsi danışıqların bir neçə mərhələdə yenidən davam edəcəyinə və ya bu danışıqları uzadacaq başqa təkliflərin təqdim olunmasına səbəb ola bilər.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar