SON XƏBƏRLƏR

Amerika və müttəfiqləri İranın pilotsuz təyyarələri və raketlərindən narahatdırlar

2023.02.15, 11:05
Amerika və müttəfiqləri İranın pilotsuz təyyarələri və raketlərindən narahatdırlar

Gunaz.tv

Bu barədə Reuters xəbər agentliyi ABŞ rəsmilərinə istinadən bildirib.

Bu barədə hesabat ABŞ-dan olan nümayəndə heyətinin Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndələri ilə görüşündən sonra dərc edilib. 

Bu görüşdə Amerika və Ərəb ölkələrinin oxşar təhlükəsizlik qayğılarının olduğu, İranın bu narahatlıqlar siyahısında onlar üçün birinci yeri tutduğu qeyd edilib.

"İranın pilotsuz təyyarələrinin ən böyük təhlükələrindən biri onların Yaxın Şərqdə qeyri-dövlət aktorları arasında yayılmasıdır",- ABŞ müdafiə nazirinin Qərbi Asiya regionu üzrə müavini Dana Strovell deyib.

Oman körfəzinin sahil bölgəsində keçirilən Zülfiqar 1400 hərbi təlimi zamanı İran pilotsuz təyyarəsinin olmasına işarə edən Strovel deyib ki, İran pilotsuz təyyarələrinin bu qurumlara yayılması həm körfəzin mülki əhalisi üçün, həm də İraq və Suriyada İŞİD-lə döyüşən Amerika qüvvələrinə təhlükədir.

"Yanvarın sonunda İsfahandakı sursat obyektlərinə pilotsuz təyyarə hücumundan sonra İranın hərbi cavab verməsi riski var",- Strovell xəbərdarlıq edib.

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar