SON XƏBƏRLƏR

ABŞ və Körfəz Əməkdaşlıq Şurası İranla bağlı bəyanat yaydı

2023.02.17, 09:49
ABŞ və Körfəz Əməkdaşlıq Şurası İranla bağlı bəyanat yaydı

Gunaz.tv

Bəyanatda İrandan sabitliyi pozan və terror fəaliyyətlərini dayandırmasını tələb edilib.

"İran terrorizmə verdiyi dəstəklə yanaşı, İranın qabaqcıl raketlərinin, kiber silahlarının və pilotsuz təyyarələrinin istifadəsini və onların dünyanın müxtəlif bölgələrinə yayılmasını pisləyirik.

İran tərəfdaşları və proksi qüvvələri ilə birlikdə bu silahlardan mülki şəxslərə, mülki infrastruktura və beynəlxalq gəmiçilik xətlərinə hücum etmək üçün istifadə edir",- bəyanatda bildirilib.

Yəmən husiləri kimi qeyri-dövlət subyektlərinin qabaqcıl raket və pilotsuz təyyarələrlə təmin olunmasından narahatlığını ifadə edən bu qrup, bu tədbirləri regionun və dünyanın təhlükəsizliyinə təhdid adlandırıb.

Amerika və Körfəz Əməkdaşlıq Şurası Birgə İşçi Qrupu habelə gələcək təhdidlərə və təcavüzkar hərəkətlərə qarşı önləyici qabiliyyətini artırmaq üçün əməkdaşlığı artırmaq öhdəliyini bir daha qeyd edib.

İranın Xaarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İşçi Qrupunun bəyanatını qərəzli adlandırıb.

O, İranın nüvə proqramını inkişaf etdirməyə davam edəcəyini və siyasi təzyiqlərin təsiri altın düşməyəcəyini deyib.

Qeyd edək ki, region ölkələrinin İranın sabitliyi pozan fəaliyyətlərindən narahatlığını ifadə etməsi, rəsmi Kiyevin müharibədə Rusiyaya PUA-lar verdiyinə görə İranala bağlı beynəlxalq tədbirlər görülməsi tələbi ilə eyni vaxta təsadüf edir.

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar