SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda özəl bankların fəaliyyətinə icazə verilmir

2023.03.02, 10:20
Şərqi Azərbaycanda özəl bankların fəaliyyətinə icazə verilmir

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan valisinin müavini Məhəmməd Kəlami açıqlama verib.

Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Ticarət Palatasının başçısı Yunis Jailə də İran hökumətinin Şərqi Azərbaycanda özəl bank açılmasına icazə vermədiyini deyib.

O, bundan öncə dəfələrlə müraciət etmələrinə baxmayaraq “bu ölkənin milli mənafeinə uyğun deyil” cavabı aldıqlarını qeyd edib.

Bununla yanaşı Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatının rəhbəri Sabir Pərniyan da, özəl bankların bu əyalətin əhalisinin sərmayə və əmanətlərini alıb başqa əyalətlərdə xərclədiyini bəyan edərək bu bankların Şərqi Azərbaycan iqtisadiyyatında rollarının olduqca az olduğunu bildirib.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar