SON XƏBƏRLƏR

"SEPAH-ı terrorçu elan etmək üçün Avropada mövqelər yaxınlaşıb"-Litvanın xarici işlər naziri

2023.03.04, 12:12
"SEPAH-ı terrorçu elan etmək üçün Avropada mövqelər yaxınlaşıb"-Litvanın xarici işlər naziri

Gunaz.tv

Bu barədə "Aksios" xəbər saytı Litvanın xarici işlər naziri Gabriel Los Landes Burgessə istinadən yazıb.

"Hazırda Avropa Birliyinə üzv ölkələr arasında SEPAH-ı terror təşkilatı kimi tanımaq üçün konsensus artıb",- Livanın XİN başçısı bildirib.

O, bunun əsas amillərindən biri kimi Rusiyanın Ukraynaya qarşı müharibəsində Tehran rejiminin Moskvanı dəstəkləməsini göstərib.

Təl-Əviv səfərindən və İsrail rəsmiləri ilə görüşdən yeni qayıdan Litvanın xarici işlər nazirinin sözlərinə görə, hazırda Avropa Birliyinin qərargahı olan Brüsseldə SEPAH-ın terror təşkilatı elan edilməsi ilə bağlı çox ciddi müzakirələr gedir.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar