SON XƏBƏRLƏR

İran Məhkəmə Sisteminin rəhbəri hicabsızlara qarşı səfərbərliyə çağırdı

2023.04.11, 10:13
İran Məhkəmə Sisteminin rəhbəri hicabsızlara qarşı səfərbərliyə çağırdı

Gunaz.tv

Qulamhüseyn Möhsüni Ejei tabeliyində olan məhkəmə orqanlarına və məmurlara hicabsızlara qarşı mübarizədə polis və təhlükəsizlik əməkdaşları ilə birlikdə fəaliyyət göstərməyi tapışırıb.

"Sosial anomaliyalar halında xüsusi məqsədlər güdən xarici casus şəbəkələri ilə əlaqəli cərəyan və şəxslərin aşkarlanmasında təhlükəsizlik və polis qurumların ilə sıx əməkdaşlıq edilsin",- Ejei tabeliyindəkilərə göstəriş verib.

Ejeinin bu təhdidi İran hökuməti və parlamentinin məcburi hicab qaydalarını pozanlara qarşı yeni tədbirlər planı hazırladıqları barədə məlumatlar ilə eyni vaxta təsadüf edir.

Qeyd edək ki, hicabsızların düşmən və casus adlandırılması ənənəsini İran rəhbəri Əli Xameneyi qoyub.

Xameneyi bir müddət əvvəl hicabsızlığın düşmən planı olduğunu deyib və məcburi hicab qaydalarını pozanları "düşmən dövlətlərin casusu" adlandırıb.

2022-ci il sentyabr ayından başlayan etiraz aksiyalarında 36 qadın İran hökumət məmurları tərəfindən öldürülüb.

İnsan haqları təşkilatlarının hesabatlarına görə, məcburi hicaba etiraz etdiklərinə görə yüzlərlə qadın həbs edilib və onlardan bəziləri məcburi etiraf almaq üçün cinsi zorakılığa məruz qalıb.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar