SON XƏBƏRLƏR

ABŞ hərbi gəmisi Tayvana getdi

2023.04.17, 15:07
ABŞ hərbi gəmisi Tayvana getdi

Gunaz.tv

ABŞ-ın hərbi gəmisi Tayvan boğazını keçib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okeandakı 7-ci Donanmasından verilən açıqlamada bu addımın Çinin hərbi təlimlərinə cavab olaraq atıldığı bildirilib.

Həmçinin, gəminin heç bir beynəlxalq hüquq normasını pozmadığı və beynəlxalq sulardan keçdiyi açıqlanıb. Vurğulanıb ki, ABŞ Silahlı Qüvvətləri hüququn icazə verdiyi hər yerdə əməliyyatlarına davam edəcək.

Lakin ABŞ-ın bu addımına Çindən də cavab gecikməyib.

Çin Xalq Ordusunun Tayvanda yer alan Cəbhə Birliyinin baş polkovniki Şi Yi ABŞ-ın hərbi gəmisinin Tayvana keçidinin həddindən artıq şişirdildiyini deyib. O, gəminin bütün hərəkətlərinin izlənildiyini və bölgədə sülhün qorunması üçün daim ayıq-sayıq olacaqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, Çin ABŞ-ın bölgədəki hərbi mövcudluğuna qarşı çıxdığı üçün tərəflər arasında bir müddətdir gərginlik yaşanır. (cebhe)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar