SON XƏBƏRLƏR

Hulusi Akar: “Millətimizi terror bəlasından xilas edəcəyik”

2023.04.20, 14:00
Hulusi Akar: “Millətimizi terror bəlasından xilas edəcəyik”

Gunaz.tv

O söyləyib ki, Türkiyə ordusunun terrorla mübarizəsi qətiyyətlə davam edir: “Hərbçilərimiz Suriyanın, İraqın şimalında lazım olan bütün işləri görürlər. İnşallah, gələcəyə doğru əmin addımlar atırıq”.

Nazir qeyd edib ki, Türkiyənin böyüməsi və daha da güclənməsi üçün işlər davam edir: “Fevralın 6-da baş verən zəlzələdən sonra digər qurum əməkdaşları kimi, hərbçilərimiz də xalqın yanında oldu.

Daha böyük və daha güclü olmaq üçün birlikdə işləməyə davam edəcəyik. 85 milyon tək yumruq, tək ürək olaraq bütün maneələri aşacaq”.

H.Akar həmçinin deyib ki, Türkiyənin müdafiə sənayesi sahəsindəki işlər də fasiləsiz olaraq davam edir. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar