SON XƏBƏRLƏR

Milli fəal Cəfər İsmayılzadə barəsində həbs qərarı çıxarıldı

2023.04.20, 14:33
Milli fəal Cəfər İsmayılzadə barəsində həbs qərarı çıxarıldı

Gunaz.tv

O, Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 2-ci bölməsinin verdiyi qərara əsasən iki il şərti həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Təbrizdə yaşayan milli-mədəni fəal Cəfər İsmayılzadə 2022-ci il iyunun 7-də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən öz evinin qarşısında həbs olunub.

Bundan öncə Cəfər İsmayılzadə və oğlu dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıblar.

2020-ci ilin iyun ayında İsmayılzadə və oğlu Milad Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə “hökumətə qarşı təbliğat”da ittiham olunaraq 6 ay həbs cəzasına məhkum edilib və Təbriz zindanına salınmışdılar.

Cəfər İsmayılzadə Kikboks üzrə hakim və müəllim, oğlu isə bu idman növü üzrə İran birincisi olmaqla yanaşı beynəlxalq yarışlarda medallar qazanıb. 

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar