SON XƏBƏRLƏR

İran XİN başçısının impiçmenti gözlənilir

2023.04.22, 10:50
İran XİN başçısının impiçmenti gözlənilir

Gunaz.tv

Bu barədə İran parlamentinin Zabol şəhərindən olan millət vəkili Həbibullah Dehmordə məlumat verib.

O, xarici işlər nazirinin impiçment layihəsinin hazırlandığını deyib.

"Mən və bir sıra həmkarlarım bütün ölkənin problemləri ilə bağlı gəldiyimiz nəticəyə əsasən, qanuna əsaslanaraq, xarici işlər nazirinin impiçmentini gündəmə gətirmişik. Xarici işlər nazirinin impiçmentində imzaların sayı lazım olandan üç dəfə çoxdur".

Dehmordə İran Əfqanistan münasibətlərinə də toxunub və İran hakimiyyətinin Taliban qarşısında acizliyini tənqid edib.

"Bundan əvvəl Əfqanistan tərəfindən bizə güllə atmağa cəsarət etməzdilər, ancaq indi davamlı olaraq sərhədçilərimizi əsir götürürlər",- millət vəkili deyib.

Qeyd edək ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası xarici işlər nazirinin impiçment məsələsi barədə məlumatı təsdiq etməyib.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar