SON XƏBƏRLƏR

Cümə imamından qəribə iddia: "Qərb iranlı qadınlardan qisas alır"

2023.04.22, 11:03
Cümə imamından qəribə iddia: "Qərb iranlı qadınlardan qisas alır"

Gunaz.tv

Aprelin 21-i cümə namazındakı çıxışı zamanı Hacebi İran qadınlarının 1979-cu il inqilabındakı roluna görə Qərb ölkələrinin hədəfində olduğunu iddia edib.

Qərb ölkələrində qadınların hüquqlarının pozulduğunu deyən cümə imamı onların İranda qadınların vəziyyətinə paxıllıq etdiklərini deyib.

Qeyd edək ki, bundan öncə də İran rəsmiləri oxşar fikirlər səsləndirib, Qərbi İran qadınlarına qarşı düşmənçilik etdiklərini deyiblər.

Qulamrza Hacebinin isə bu tip çıxışları və məcburi hicab qaydalarını pozanlara qarşı kobud davranışları onun ofisinin yandırılması ilə nəticələnib.

O, ictimai yerlər və obyektlərə gedərək məcburi hicab qaydalarının riayət olunmaması bəhanəsi ilə vətəndaşları incdir, iş yerlərini bağlatdırır.

Buna cavab olaraq aprelin 19-dan 20-ə keçən gecə onun Qeşmdəki ofisi yandırılıb.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar