SON XƏBƏRLƏR

Hulusi Akar: "Türkiyə olmadan Qafqazda hansısa problemi həll etmək mümkün deyil”

2023.04.22, 13:41
Hulusi Akar: "Türkiyə olmadan Qafqazda hansısa problemi həll etmək mümkün deyil”

Gunaz.tv

O bildirib ki, Türkiyə dünyada və regionda böyük və güclü dövlətdir: “Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə çox ciddi addımlar atmışıq. Beynəlxalq münasibətlər sistemində Ankara artıq ciddi aktordur. Biz 7 iqlim, 3 qitəyə sülhü, sabitliyi gətirmiş atalarımızdan ilham alırıq.

İndi Türkiyənin Asiyada, Afrikada çox ciddi təsiri, layihələri var”.

H.Akar həmçinin ölkəsinin təhlükəsizliyi üçün təhdidlərin olduğunu da bəyan edib: “Gizli sanksiyalardan, iqtisadiyyat sahəsində atılan addımlara qədər müxtəlif məqamları sadalamaq olar. Bizə birbaşa təhdid yaradan isə terror qruplaşmaları, o cümlədən PKK-dır.

40 ildir qarşımızı kəsməyə çalışırlar və artıq məsuliyyətimiz də artıb. Öhdəliklərimizi yerinə yetirmək üçün gecə-gündüz çalışırıq.

Uzun illərdir başımıza bəla olan terrorçularla mübarizə aparmaqda, onların kökünü kəsməkdə qətiyyətliyik”.

Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfi terrorçulardır: “Bəziləri terrorçulara qarşı mübarizəmizi etnik, dini mübarizə kimi təqdim etməyə cəhd göstərirlər. Kürdlər bizim qardaşlarımızdır, yüz illər boyu birlikdə yaşadıq, çörəyimizi, suyumuzu paylaşdıq, cümhuriyyəti birlikdə qurduq.

Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır. Biz bütün qonşularımızın sərhədlərinə, ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşırıq. Amma qonşularımızdan da eyni anlayışı, terrorla mübarizəmizə mane olmamalarını gözləyirik. Biz mübarizəmizi davam etdirəcəyik.

Terror qruplaşmalarının “rəhbər şəxsləri” artıq 2 gecə ard-arda eyni yerdə yata bilmir. PKK, YPG heç zaman kürdlərin təmsilçisi olmayıb. Necə ki, İŞİD də müsəlmanları təmsil etmir”. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar