SON XƏBƏRLƏR

Belçika iranlı casus-diplomatı azad etməyəcək

2023.04.27, 15:20
Belçika iranlı casus-diplomatı azad etməyəcək

Gunaz.tv

İki gün əvvəl İran Məhkəmə Sisteminin sözçüsü Məsud Setayeşi İranda həbsdə olan belçikalı Oliviye Vandekastelinin azadlığı qarşısında Əsədullah Əsədinin ölkəyə qaytarılacağını iddia etmişdi.

"Bu yalan danışmaqda uzmanlaşan İran hökumətinin növbəti yalanıdır",- Belçika məhkəməsinin bəyanatında qeyd olunub.

Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur.

Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.

İran tərəfi bundan sonra belçikalı xeyriyyə işçisi Olivier Vandekasteli casusluq ittihamı ilə həbs edərək. Əsədullah Əsədi ilə dəyişməyə çalışır.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar