SON XƏBƏRLƏR

Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək

2023.05.08, 11:16
Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək

Gunaz.tv

“Financial Times” xəbər verir ki, iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq.

Nəşrin yazdığına görə, liderlər sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Qeyd olunub ki, bu görüş mühüm irəliləyişə səbəb ola bilər: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqton və Brüsselin səyləri bir-birini tamamlayır”.

Bu, fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən danışıqlardan sonra və iki ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-da baş tutan görüşündən sonra iki lider arasında ilk təkbətək görüş olacaq. (report)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar