SON XƏBƏRLƏR

Kürdəmirdə kişilər zorakılığa qarşı

2023.05.08, 10:58
Kürdəmirdə kişilər zorakılığa qarşı

Gunaz.tv

Layihə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.bəndinin 12.2.2. yarımbəndinə- “Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin öyrənilməsi” və 12.3-cü, yəni “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində əməkdaşlıq”  bəndinin 12.3.1, 12.3.3 yarımbəndlərinə dəstək olaraq həyata keçirilir. 

Layihənin hədəf qrupu kişilər, əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Layihə “Təmiz dünya” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş “Labirintdən çıxış 2- Kişilər zorakılığa qarşı!” layihəsinin davamıdır. 

Layihənin növbəti mərhələsi 6-7 may 2023- cü ildə Kürdəmir rayonunda davam edib. Təlimdə 15 kişi iştirakçı olub. Kürdəmir Rayon İcra Hakimiyyəti tədbirin yerinin təşkilində və iştirakçıların müəyyən edilməsində öz töhfəsini verərək işə çox böyük məsuliyyətlə yanaşıb.

Təlimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisi Tural Hüseynzadə, layihə çərçivəsində hazırlanmış 10 təlimçidən iki təlimçi- Şahlar Yəhyayev və Ceyhun Hüseynov aparıb.

Qeyd edək ki, təlim almış təlimçilər iki nəfər olmaqla hər biri rayonlar üzrə təlim keçəcək. (cebhe.info)

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar