SON XƏBƏRLƏR

Tehran kitab sərgisində türkcə kitablara məhdudiyyət qoyulub

2023.05.12, 15:50
Tehran kitab sərgisində türkcə kitablara məhdudiyyət qoyulub

Gunaz.tv

Bu barədə güneyli mədəni fəallar və naşirlər özlərinin sosial media hesablarında paylaşım ediblər.

Onlar bildirib ki, Azərbaycan dilində kitabların sərgidə iştirakı ilə bağlı əlaqədar qurum və şəxslərə müraciət etsələr də, məhdudiyyət aradan qaldırılmayıb.

"Məsullar Azərbaycan dilində olan kitablara tələbatın və marağın az olmasını bəhanə edərək bu addımı atdıqlarını bildirirlər",- deyə mədəni fəallar soydaşalrımızı  ana dilində olan kitab bölmələrinə dəstək verməyə çağırıblar.

Qeyd edək ki, mayın 11-dən 20-ə kimi davam edəcək 34-cü kitab sərgisində 2700 daxili və 100 xarici naşir iştirak edir.

Türkiyənin İrandakı səfiri Hicabi Kırlankıc da sərginin açılış mərasiminə qatılıb.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar