SON XƏBƏRLƏR

Xuzistanda baş redaktor öldürüldü

2023.05.13, 10:40
Xuzistanda baş redaktor öldürüldü

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

"Gecə saatlarında İzə şəhərinin Salman Farsi küçəsində yerləşən kafedə baş redaktora silahlı şəxs hücum edib. Əkbər Limonçu və onunla bir yerdə olan bir neçə nəfər güllələnib",- məlumatda bildirilir.

Baş redaktor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Başqa yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

İran Polis Komandanlığının İnformasiya Mərkəzinin rəisi Səməd Abbasi hadisəni təsdiq edib. Lakin o, hadisənin təfərrüatı barədə açıqlama verməyib.

O, silahlı hücumun araşdırıldığını və hücumçunun saxlanılması ilə bağlı tədbirlər görüldüyünü deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar