SON XƏBƏRLƏR

İranda cümə imamları fars şairi Firdovsini təbliğ edir

2023.05.13, 11:55
İranda cümə imamları fars şairi Firdovsini təbliğ edir

Gunaz.tv

Bu barədə İran Mədəniyyət və İrşad Nazirliyi bütün cümə imamlarına sərəncam göndərib.

Qeyd edək ki, İranda fars dili, ədəbiyyatı və mədəniyyətinin təbliğinin genişləndirilməsi və gücləndirilməsi ilə bağlı göstəriş verildikdən sonra cümə imamları da bununla məşğul olmağa başlayıblar.

Mayın 12-də İranın bir neçə şəhərində cümə namazları çıxışlarında Firdovsi barədə danışılıb.

Əli Xameneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi və Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim Əbülqasim Firdovsi gününün yaxınlaşdığına işarə edərək, şairlərin onu örnək götürmələrini təklif edib.

"İran xalqı üçün şeir xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Firdovsinin şeirləri. Onun şeirləri yeni nəsil şairlər üçün örnək olmalıdır. Ümid edirəm ki, indiki şairlər onun yolunu və düçüncəsini davam etdirəcəklər",- cümə imamı bildirib.

Qeyd edək ki, cümə imamlarının həftəlik çıxışlarının əsas istiqaməti Əli Xameneyinin ofisi tərəfindən müəyyənləşdirilir.

Hər il 25 may İranda Firdovsi günü kimi qeyd edilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar