SON XƏBƏRLƏR

Zirvə görüşündə Azərbaycanı Ceyhun Bayramov təmsil edəcək

2023.05.15, 17:06
Zirvə görüşündə Azərbaycanı Ceyhun Bayramov təmsil edəcək

Gunaz.tv

Zirvə toplantısında Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.

Modern.az xəbər verir ki, tədbir İslandiyanın paytaxtı Reykyavik şəhərində baş tutacaq.

Məlumata görə, bu, Avropa Şurasının yaradılmasından sonra keçiriləcək 4-cü zirvə görüşüdür. 

Toplantıda əsasən Ukraynadakı müharibə müzakirə olunacaq.

Bundan əlavə, ətraf mühit və süni intellekt daxil olmaqla, demokratiya və insan hüquqları problemlərinin həlli üçün təşəbbüslərin gücləndiriləcəyi gözlənilir. 

 Qeyd edək ki, iclasın sonunda İslandiya Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Latviyaya təhvil verəcək. 

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar