SON XƏBƏRLƏR

Ana dili hərəkatının fəalı Əlirza Fərşi sürgünə göndərilir

2023.05.16, 10:45
Ana dili hərəkatının fəalı Əlirza Fərşi sürgünə göndərilir

Gunaz.tv

Bu barədə fəal özünün sosial media heabında paylaşım edib.

Fərşinin yazdığına görə, məhkəmə nümayəndəsi Məhəmməd Mehrdadi ondan giriş məktubu ilə sürgün qərarının icrası üçün Xuzistan əyalətinin Bağməlik şəhərinin məhkəməsinə getməsini tələb edib.

Milli fəal məhkəmə nümayəndəsinin tələbinə etiraz etdiyini yazıb.

"3 il müddətinə həbsdə, nəzarətdə oduğum üçün işləyə bilmədiyimi və bu müddət ərzində bütün imkanlarımın tükəndiyini dedim.

Tanımadığım şəhərdə heç bir vəsait və işim olmadan yaşamağın mümkün olmadığını bildirib, sürgün yerində hökumətin ən azından yatmağıma yer ayırmasını istədim.

O, isə sürgünün həyatının belə olmalı olduğunu deyərək, mənə azadlıqda olduğum üçün şükür etməyimi məsləhət gördü",- Fərşi bildirib.

Qeyd edək ki, Əlirza Fərşi fevralın 8-də həbsxanadan buraxılıb.

Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar