SON XƏBƏRLƏR

Şuşanın tarixi ilə bağlı kitab çapdan çıxıb

2023.05.23, 11:26
Şuşanın tarixi ilə bağlı kitab çapdan çıxıb

Gunaz.tv

AMEA-dan APA-ya verilən xəbərə görə, kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü Mahmud İsmayılov, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, rəyçilər tarix üzrə fəlsəfə doktoru, dosent Vidadi Umudlu və tarix üzrə fəlsəfə doktoru, dosent Ənvər Məmmədovdur.

Monoqrafiya ilk dəfə 2004-cü ildə rus dilində işıq üzü görüb. Həmin dövrdən keçən müddət ərzində davam etdirilən təqiqatlar nəticəsində elmi dövriyyəyə yeni sənəd və materiallar gətirilib, bununla da kitabın yeni nəşrinin hazırlanması zərurəti yaranıb.

Kitabda Şuşa şəhərinin qısa tarixi oçerki verilir, sonra XIX-XX əsrin əvvəllərində şəhərin ərazisi, əhalisi, inzibati-idarə sistemi, iqtisadi, ictimai-siyasi və mədəni həyatı hərtərəfli tədqiqat obyekti olur.

Monoqrafiyadan Şuşa şəhərinin tarixi ilə maraqlanan tədqiqatçılar, həmçinin geniş oxucu kütləsi istifadə edə bilər.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar