SON XƏBƏRLƏR

İran hökuməti müxalif düşüncəli jurnalistlərin ailələrinə təzyiqləri artırıb

2023.05.25, 11:29
İran hökuməti müxalif düşüncəli jurnalistlərin ailələrinə təzyiqləri artırıb

Gunaz.tv

Bu barədə Avropada fəaliyyət göstərən tanınmış jurnalist Şima Şəhrabi məlumat yayıb.

O, Avropadakı media fəaliyyətlərinə görə, 3 həftə öncə qardaşı Səccad Şəhrabinin təhlükəsizlik məmurları tərəfindən həbs edildiyini bildirib.

Bundan əvvəl Sərhədsiz Reportyorlar Təşkilatı xaricdə yaşayan iranlı jurnalistlərin və hökumət əleyhdarlarının ailələrinin İran hökuməti tərəfindən girov götürülməsi ilə bağlı xəbərdarlıq etmişdi.

Qeyd edək ki, son 8 ay ərzində İranda 70 jurnalist həbs edilib və onlarla jurnalist isə təhlükəsizlik və prokurorluq orqanlarına çağırılaraq dindirilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar