SON XƏBƏRLƏR

Amerika ilə Güney Koreya ortaq hərbi təlimlərə başladı

2023.05.25, 14:59
Amerika ilə Güney Koreya ortaq hərbi təlimlərə başladı

Gunaz.tv

Genişmiqyaslı təlimlər mayın 25-də başlayıb.

Quzey Koreya bildirib ki, sərhədlərinin yaxınlığında “düşmənçilik məşqlərinə” göz yummayacaq.

Bu manevr 5 ortaq hərbi məşqlərdən birincicisidir və iyunun ortalarına qədər davam edəcək.

Təlimlər Seul və Vaşinqtonun hərbi ittifaqının 70-ci ildönümü münasibəti ilə keçirilir.

Şimali Koreyanın ənənəvi raket sınaqları ilə bu təlimlərə qarşılıq verəcəyi gözlənilir.

Qeyd edək ki, Şimali Koreya 2022-ci ilin əvvəllərindən 100-dən çox ballistik raket sınağı həyata keçirib. 

Ekspertlərin fikrincə, Şimali Koreya bu sınaqları yaxın vaxtlarda ehtimal olunan danışıqlarda təzyiq rıçağı kimi istifadə etmək istəyir. 

Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki,  1977-ci ildən indiyədək Amerika ilə bölgədə 11 hərbi manevr keçirilib.

Bu isə onlardan ən genişmiqyaslısıdır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar