SON XƏBƏRLƏR

Araz geoparkı UNESCO-da qeydiyyata alındı

2023.05.25, 15:29
Araz geoparkı UNESCO-da qeydiyyata alındı

Gunaz.tv

“Araz geoparkının dünya səviyyəsində qeydiyyata alınması bölgəyə turist axınını gücləndirəcək”-deyə, Məcid Kiani qeyd edib.

Kiani Araz geoparkının ölkə daxilində və beynəlxalq səviyyədə təbliği istiqamətində hazırlanmış planlara da toxunub.

“Geoparklar bir neçə qabarıq geoloji fenomenlərin yerləşdiyi məkandır. Dəqiq, daimi idarəçiliklə qorunub saxlanılır”-Kiani əlavə edib. 

Kiani yaxın vaxtlarda bununla əlaqədar beynəlxalq festivalın keçiriləcəyini də bildirib.

Qeyd edək ki, Araz geoparkı Şərqi Azərbaycan əyalətində yerləşir.

Şimali hüdudları isə Araz Azad Ticarət Bölgəsindən başlanan geopark Güney Azərbaycanın Culfa rayonunadək uzanır.

Araz geoparkının hüdudları 1670 kvadrat kilometrdir, 32 çeşidli təbiət fenomenini ehtiva edir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar